Dünya

Bayden Ukrayna hərbçilərinin “F-16”nı idarə etmək üçün təlim keçmələrinə razılıq verib

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden “F-16” qırıcılarını idarə etmək üçün ukraynalı pilotların təlimini təsdiqləyib.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Onun sözlərinə görə, Avropadan olan tərəfdaşlar hazır olan kimi, yəni bir neçə həftədən sonra, onlar məşqlərə başlaya biləcəklər.

“Prezident yaşıl işıq yandırdı və avropalılar hazır olan kimi biz ukraynalıların “F-16”da təlimə başlamasına icazə verəcəyik, dəstəkləyəcəyik və faktiki olaraq lazımi vasitələrlə təmin edəcəyik”, – deyə Ceyk Sallivan CNN-ə bildirib. Onun sözlərinə görə, Avropa ölkələri hazırlıq üçün bir neçə həftə vaxt istəyiblər.

Qeyd edək ki, Ukrayna 11 ölkə ilə “F-16” qırıcılarını idarə edəcək pilotların hazırlanmasına dair memorandum imzalayıb. Planlara əsasən, təlimlərə avqustda başlanacaq. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, “F-16” qırıcıları 2024-cü ilin birinci rübünün sonuna qədər Ukraynaya təhvil verilə bilər.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir