Şou-Biznes

“O hayda deyiləm, qətiyyən”

Sharing is caring!

“Sənətçilərin tez-tez efirə çıxması yaxşı görünməyə bilər. Özüm heç evimizin qapısından çıxmıram, qaldı efir. Çox narahat keçirirəm bu günlərimizi. İşlərimin hamısı dayanıb. O hayda deyiləm, qətiyyən”.

Xəbəral.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Sənətçi müğənnilərin Vətən müharibəsi dövründə tez-tez efirə çıxmasını qınayanlara belə cavab verib:

“Dünyada heç bir müğənni televiziyanın dəvəti və ssenarisi olmadan efirə çıxa bilməz. Müğənnilərin və incəsənət adamların 90%-i televiziyadan dəvət gələn halda “yox, gəlmirəm“ sözünü deyə bilmir, demir, demək istəmir, deməyə haqqı yoxdur bəzən. Bütün məsələlər düzəldi, bir müğənnilik də peşə olaraq yox olsaydı, rahat olardı çoxu yəgin, nə bilim.

“Yazıq müğənni Vətənə faydalı olmaq üçün nə etsin, görəsən? Pulu olan pulu ilə əlindən gələni edir, halbuki, dövlətin ona ehtiyacı yoxdur, şişirtməyin yəni. Pulu olmayan, 1 ildir bir manat qazanc görməyən müğənni nə etsin? Efirə də çıxmasın, səsini də çıxartmasın, ordan da yolu bağlansın, münasibətlər korlansın və s…

Problem bizim bir-birimizə olan sayqı və hörmətdədir. Birlik deyirik. Bəs müğənni də bizimkidir axı! Yaxşısı, pisi, hamısı bizimdir. Dünya bizi izləyir indi. Vaxtidir heç bu söhbətlərin??? İnsanın işi mahnı oxumaqdır. Dərin getməyin. Dövlətin telekanallarına dəvət alıb gəlibsə, deməli, belə lazımdır. Məncə, bitirək bu mövzuları. Bilib-bilmədən danışmaq asandır. Reallıq bəzən heç bir müğənnidən asılı olmaya da bilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir