Dünya

Yağışlı və ildırımlı havada Messinin təqdimat mərasimi keçirildi – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin “İnter Mayami” klubu yeni transferi Lionel Messi üçün təqdimat mərasimi keçirib.

Argentinalı ulduz futbolçunun təqdimatı “DRV PNK Stadium”da olub. Yağışlı və ildırımlı havada onu izləmək üçün 20 min azarkeş arenaya gəlib.

Klub forvardı “dünyanın ən yaxşı 10 nömrəsi” kimi təqdim edib.

“Burada olduğuma görə çox xoşbəxtəm. Məşqlərə və oyunlara başlamaq üçün səbirsizlənirəm. Buraya qalib gəlmək və komandaya kömək etmək üçün gəlmişəm”, – Messi çıxışında bildirib.

Qeyd edək ki, “İnter Mayami” Lionel Messi ilə iki illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir