Dünya

Onana “Mançester Yunayted”də

Sharing is caring!


“İnter”in qapıçısı Andre Onana karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

“İngiltərə və İtaliya klubları, nəhayət ki, Andre Onananın transferinin bütün əsas detalları barədə razılığa gəliblər”, – deyə Fabritsio Romano qeyd edib.

Lakin o, “Qırmızı şeytanlar”ın Kamerun millisinin qolkiperi üçün nə qədər xərclədiyini yazmayıb.

Xatırladaq ki, “İnter” Andre Onananın transferi üçün “Mançester Yunayted”dən 60 milyon avro tələb edirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir