Dünya

2023-cü ilin ən yaxşı turizm məkanı bəlli oldu

Sharing is caring!


Dubay (Birləşmiş Ərəb Əmirlikləri) 2023-cü ilin birinci yarısında turizm istiqamətləri arasında dünyada birinci yerdədir.

Bu barədə bazar günü Vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum bildirib.

“Mən 2023-cü ilin birinci yarısı üçün Dubay iqtisadiyyatının ən mühüm aspektləri haqqında hesabatı oxudum. Dubay 2023-cü ildə ən yaxşı turizm məkanı kimi tanınıb. Biz 8,5 milyondan çox turist qəbul etmişik”, – deyə o məlumat verib.

Qeyd edək ki, əmirliyə səfərlər sentyabrdan dekabr ayına və martdan may ayına qədər tövsiyə olunur. Bu aylarda gündüz havanın orta temperaturu 38 dərəcə selsidən çox olmur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir