Dünya

Türkiyədə 81 yaşlı kişi ali məktəb imtahanına qatıldı

Sharing is caring!


Amasiyada iki illik ilahiyyat fakültəsini bitirən Yaşar Aktaş Birbaşa Transfer İmtahanı (DGS) verib.

81 yaşlı kişi “Qəbirə qədər oxuyacağam”, – deyib.

Üç övladı və səkkiz nəvəsi dosent olan Aktaş Amasiyadakı imtahana çomaqla gəlib. O, imtahandan sonra prosesin yaxşı keçdiyini, riyaziyyatdan bir qədər çətinlik çəkdiyini, şifahi sahədə heç bir çətinliyi olmadığını bildirib.

“1970-ci ildə oxumağa başladım və hələ də oxuyuram. Mənim məqsədim dörd illik ilahiyyat fakültəsidir. Gənclərə oxumağı tövsiyə edirəm, ancaq diplom üçün yox. Mən istəyirəm ki, gənclər savadlı olmaq üçün oxusunlar. Bu yaşımda hələ də öyrənməyə çalışıram. Çox qərarlıyam, uzanaraq, sürünərək də gəlib burada imtahan verəcəyəm. Məzaradək oxuyacağam. Mənim məqsədim ölənə qədər oxumaqdır”, – ağsaqqal qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir