Dünya

Ağ Evdən ABŞ ordusunun Ukraynada döyüşməsilə bağlı AÇIQLAMA

Sharing is caring!


“ABŞ ordusu Ukraynadakı münaqişəyə cəlb edilməyəcək”.

Bu barədə ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan NBC telekanalının efirində məlumat verib.

“ABŞ-nin əsas mövqeyi aydındır. Biz Ukraynanı yerdə ABŞ çəkmələri və ABŞ əsgərləri olmadan dəstəkləyəcəyik”, – Sallivan deyib.

ABŞ prezidentinin müşavirinin sözlərinə görə, bu mövqe bütün münaqişə boyu sabit olaraq qalır.

Bundan əlavə, Ağ Evin sözçüsü vurğulayıb ki, ABŞ Ukraynadakı vəziyyətin üçüncü dünya müharibəsi ilə bitməsini istəmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir