Dünya

Rusiyada qəfil başlayan qasırğa turistləri xəstəxanalıq etdi – VİDEO

Sharing is caring!


Rusiyanın Altay diyarında qəflətən başlayan qasırğa turistlərin yaralanması ilə nəticələnib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar Bolşoye Yarovoye gölünün yaxınlığında qeydə alınıb.

Görüntülərdə kurortda birdən-birə başlayan küləyin saniyələr içində güclənməsi və çadırları uçurması görünür. Bir anda ətrafda hər şey bir-birinə qarışır.

Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb: Bir yeniyetmənin qolu sınıb, daha bir turist isə kəllə-beyin travması alıb. Hər iki zərərçəkənə tibbi yardım göstərilib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir