Dünya

Ərdoğan: “Putinlə ortaq mövqeyimiz var”

Sharing is caring!


Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin avqustda Türkiyəyə səfərə hazırlaşdığını və taxıl müqaviləsi ilə bağlı ortaq mövqelərə malik olduqlarını bildirib.

“Bilirsiniz, biz avqustda cənab Putini qəbul etməyə hazırlaşırıq. Bizim Qara dəniz taxıl təşəbbüsü ilə bağlı ortaq mövqeyimiz var. BMT-nin baş katibi Antonio Quterreş Putinə məktub göndərib. Ümid edirəm ki, bu məktub və Rusiya ilə birgə səylərimizlə taxıl dəhlizi sazişini uzadacağıq. Putinlə ortaq mövqelər sayəsində biz ən az inkişaf etmiş, yoxsul Afrika ölkələrinin problemlərinin həllinə töhfə verəcəyik”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun iyulun 10-da verdiyi məlumata görə, dövlət başçısının Türkiyəyə mümkün səfərinin vaxtı hələlik məlum deyil.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir