Dünya

Ərdoğan Avropa Komissiyasının sədri ilə görüşüb

Sharing is caring!


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Kiyev və Ankaranın taxıl sazişinin uzadılmasına yönəlmiş səylərinə dəstək məsələsini müzakirə edib.

Bu barədə çərşənbə günü fon der Lyayen “Twitter”də məlumat verib.

“Prezident Ərdoğanla yaxşı görüş keçirdik. Mən Türkiyənin İsveçin NATO-ya qəbulu istiqamətində irəliyə doğru hərəkətini alqışlayıram. Biz həmçinin Aİ-nin Ukrayna və Türkiyənin taxıl sazişinin uzadılması istiqamətində səylərinə davamlı dəstəyini müzakirə etdik”, – o yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir