Dünya

Küçə musiqiçisi dinləyicinin qulağını dişlədi – VİDEO

Sharing is caring!


Rusiyanın Qoryaçiy Klyuç şəhərindən olan küçə musiqiçisi narazı dinləyicinin qulağını dişləyib.

Sosial şəbəkələrdə küçə musiqiçiləri ilə yoldan keçən arasında münaqişənin videosu yayılıb.

Videodan görünür ki, dinləyici gənc musiqiçinin repertuarını bəyənməyib və musiqi alətinin qabını təpikləyərək oradakı pulları dağıdıb. Nəticədə tərəflər arasında əlbəyaxa dava başlayıb. Bu zaman yeniyetmə musiqiçi dinləyicinin qulağını dişləyib.

Musiqiçi hadisə barədə açıqlamasında iddia edib ki, ona qarşı hörmətsizlik edən dinləyicinin qulağını qəsdən dişləməyib: 

“Dava zamanı o, məni tutub sıxdı və nəfəs ala bilmədim. Əlimdən gələn tək şey onun qulağını dişləmək oldu. Amma mən onu dişləmək istəmirdim. Sadəcə məni buraxması üçün dişləmək məcburiyyətində qaldım. Ancaq elə oldu ki, məni itələdi və qulağı ağzımda qaldı”, – deyə o bildirib.

Yeniyetmənin dediyinə görə, ona hücum edən şəxs xəstəxanaya getsə də, polisə müraciət etməyib. 

Musiqiçinin özü də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlamaq niyyətində deyil.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir