Dünya

Türkiyə Prezidenti İsveçin baş naziri və NATO baş katibi ilə görüşüb

Sharing is caring!


Vilnüsdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin Baş naziri Ulf Kristerssonla krallığın alyansa qoşulması məsələsi ilə bağlı görüşü baş tutub.

Məlumata görə, burada Şimali Atlantika Alyansının sammitindən əvvəl danışıqların təşəbbüskarı olmuş NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Görüş mətbuata bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, NATO sammitinə uçmazdan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Aİ-yə üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək. Bununla yanaşı, İsveç 2022-ci ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Terrorla Mübarizə üzrə Madrid Memorandumunun öhdəliklərini də yerinə yetirməlidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir