Dünya

Özbəkistan prezident seçkisinin yekun nəticəsi AÇIQLANDI

Sharing is caring!


İyulun 9-da Özbəkistan tarixində keçirilən ilk növbədənkənar prezident seçkisində hazırkı dövlət başçısı Şavkat Mirziyoyev 87,05% səslə qalib gəlib. Onun namizədliyi Özbəkistan Liberal Demokrat Partiyası (ÖzLiDeP) tərəfindən irəli sürülüb və Milli Tiklaniş Partiyası tərəfindən dəstəklənib.

Seçkinin ilkin nəticələrini Daşkənddə keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev açıqlayıb.

“Seçkilər beynəlxalq norma və standartlar, həmçinin milli seçki qanunvericiliyi əsasında aşkarlıq, şəffaflıq, azadlıq və ədalət kimi demokratik prinsiplərə tam uyğun şəkildə yüksək əhvali-ruhiyyə şəraitində keçirilib”, – deyə o bəyan edib.

Xatırladaq ki, 2016-cı il dekabrın 4-də keçirilən seçkilərdə Şavkat Mirziyoyev 87,73 faiz, 2021-ci il oktyabrın 24-də isə 80,12 faiz səslə qalib gəlib.

Mənbə: Gazeta.uz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir