Dünya

Ukraynanın Liman şəhərinə hücum: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!


Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini reaktiv yaylım atəşi sistemlərindən (RYAS) atəşə tutub. Hadisə nəticəsində azı səkkiz nəfər ölüb, 13 nəfər yaralanıb.

Zərbələr özəl sektora olub, evlərə və mağazalara ziyan dəyib.

Bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, polis hadisə yerindədir və tibb işçiləri insanlara lazımi tibbi yardım göstərirlər.

“Rusiya terrorçuları Donetsk vilayətinin dinc əhalisini vurmağa davam edirlər. Biz onların bütün cinayətlərini diqqətlə sənədləşdiririk”, – hərbi vilayət administrasiyasının rəhbəri bildirib.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir