Dünya

Qazaxıstanda meşələr yanmaqda davam edir: Yanğınsöndürənlərlə əlaqə itib – VİDEO

Sharing is caring!


Qazaxıstanın Karaqanda vilayətinin Abay rayonu ərazisində güclü meşə yanğınları davam edir.

Meşə yanğınları hələ ötən həftədən, ildırımın çaxmasından sonra başlayıb.

Alov 30 min hektar ərazini əhatə edib.

Qazaxıstanın baş nazirin müavini bu gün meşə yanğınları ilə əlaqədar təcili iclası keçirib.

O, iclasda verdiyi məlumatda qeyd edib ki, irimiqyaslı meşə yanğınlarını söndürməyə cəlb edilən fövqəladə hallar xidmətinin əməkdaşlarından 14-ü ilə əlaqə itib. Hazırda onların axtarışı həyata keçirilib.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir