Dünya

Şəhriyar Məmmədyarov “Norway Chess” turnirini 7-ci pillədə başa vurdu

Sharing is caring!


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, 38 yaşlı qrossmeyster sonuncu – IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib.

Beləliklə, Şəhriyar Məmmədyarov turniri 11 xalla 7-ci pillədə başa vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir