Dünya

Zelenski Baydenlə görüşüb – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşüb.

Görüşlə bağlı təfərrüatlar hələlik verilməyib.

Xatırladaq ki, Yaponiya bu il “G7”yə sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada Qrupun sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.

08:20

Bu gün Yaponiyanın Xirosima şəhərində ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş baş tutacaq.

Bu barədə məlumat Ağ Ev rəhbərinin iş qrafikində qeyd olunub.

Qeyd edək ki, qlobal siyasi və iqtisadi problemlərin həllində mühüm beynəlxalq platformalardan biri hesab edilən G7 sammitinin növbəti sammiti Yaponiyanın sədrliyi ilə  Xirosimada keçirilir.

Mənbə: Mk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir