Dünya

Türkiyə səmasında naməlum obyekt: Uçuşlar təxirə salındı

Sharing is caring!


Türkiyənin Qaziantep hava limanında naməlum obyektin aşkarlanmasından sonra onlarla reys təxirə salınıb, sərnişinlər bir neçə saat uçuşlarını gözləyiblər.

Belə ki, mayın 20-nə keçən gecə təxminən 2 743 metr yüksəklikdə iki sərnişin təyyarəsinin ekipajları tərəfindən naməlum obyekt müşahidə edilib. Pilotlar vəziyyəti Qaziantep Hava Nəqliyyatının İdarəetmə Mərkəzinə bildiriblər və aviadispetçerlər də obyekti görüblər.

Qaziantep aeroportunda uçuşlar dayandırılıb.

Bir sıra təyyarələr Şanlıurfa və Adana hava limanlarına yönləndirilib. Vəziyyətlə bağlı rəsmi izahatların daha sonra veriləcəyi qeyd edilir.

Mənbə: Haberler

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir