Dünya

Ssenaristlərin tətili “Game of Thrones” prikvelini təxirə saldı – FOTO

Sharing is caring!


Amerika Yazıçılar Gildiyasının tətili səbəbindən “Game of Thrones” (“Taxt-tac oyunları”) serialının yeni prikvelinin yaradılması üzərində iş dayandırılıb.

Bu barədə amerikalı yazıçı Corc R.R.Martinin sosial şəbəkə hesabında paylaşım edib.

“Heç kim, ən azı, ən azı bir qədər sağlam düşüncəsi olan heç bir ssenarist belə istəmir, lakin prodüserlər, studiyalar, şəbəkələr və “striminq” (canlı yayım) xidmətləri bizə seçim buraxmırlar”, – deyə yazıçı bildirib.

Bundan əvvəl də, “Qəribə şeylər” (“Stranger Things”) serialının final sezonunun çəkilişləri yazıçıların tətili səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Hollivud yazıçıları maaşların aşağı olması səbəbindən mayın əvvəlindən son 15 ilin ən böyük tətilini təşkil etmək qərarına gəliblər. Qeyd olunub ki, ABŞ Yazıçılar Gildiyası ilə Hollivud studiyaları arasında müqavilə mayın 1-də başa çatıb. Tərəflər arasında aparılan danışıqlar heç bir nəticə verməyib. “Warner Bros. Discovery” rəhbərlərindən biri Devid Zaslavın sözlərinə görə, tətil bütün sahə üçün problem olacaq.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir