Dünya

İranlı gənclər ehtiyac üzündən daxili orqanlarını satmaq məcburiyyətində qalırlar – FOTO

Sharing is caring!


İranlı gənclər ehtiyac üzündən daxili orqanlarını satmaq məcburiyyətində qalırlar və bu məqsədlə İraqa üz tuturlar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Kanal həmin elanlardan bəzilərini təqdim edib: “28 yaşlı idmançıya məxsus mənfi qan qrupu olan böyrək satılır. Qiymət razılaşma yolu ilədir”, “Kornea, göz, sümük iliyi, qaraciyər təcili satılır” və s.

Bildirilir ki, bədən orqanlarının satışı konkret yaş qrupu və ya konkret cinslə məhdudlaşmır. Bu insanların əksəriyyəti 18-40 yaş arasındadır. Bəzən insan orqanlarının müştəriləri bu böyük məbləği ödəyə bilmirlər, çünki onların bir çoxu öz yaxınlarının həyatını xilas etmək üçün öz evini, avtomobilini satmalı olur. Ona görə də, bədən orqanlarını satmaq istəyənlər xaricə üz tuturlar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir