Dünya

Çavuşoğlu “The Economist” üçün yazdığı məqaləni geri götürdü

Sharing is caring!


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Britaniyanın “The Economist” jurnalı üçün yazdığı məqaləni nəşrin Türkiyəyə qarşı etdiyi hücumlara görə geri götürüb.

Nazirin məqaləsi jurnalın növbəti nömrəsində dərc edilməli idi. Lakin nəşrin cari sayı “2023-cü ilin ən mühüm seçkiləri” üz qabığı ilə çıxıb. Məqalədə “Ərdoğan getməlidir”, “Demokratiyanı xilas et” fikirləri yer alıb və Türkiyə Prezidenti diktator kimi təqdim olunub.

Bu, Çavuşoğlunun məqaləni geri götürmək qərarına səbəb olub.

“Məqaləmi geri götürürəm. Biz Türkiyənin daxili işlərinə davamlı qarışanlarla işləmirik. Yazır ki, Ərdoğan getməlidir. Onlar xalqımızın yerinə qərarlar verir və insanlara yol göstərməyə çalışırlar. Ərdoğan niyə getməlidir? Sizə nə zərəri var? İngiltərəyə nə zərəri var?”, – Çavuşoğlu bildirib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir