Dünya

Kiyevə ilin əvvəlindən bəri ən intensiv hava hücumları olub – FOTO/VİDEO

Sharing is caring!


Mayın 4-nə keçən gecə Rusiya ordusu Ukraynaya növbəti dəfə hava hücumu həyata keçirib.

Bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb.

Bildirilir ki, paytaxta hücum “Şahed” tipli kamikadze pilotsuz təyyarələr və raketlərlə olub.

İstifadə edilən raketlərin növü qalıqların araşdırılmasından sonra müəyyən ediləcək. Hava hücumu 3 saatdan çox davam edib.

Hərbi administrasiya qeyd edir ki, bu, Kiyevə ilin əvvəlindən bəri ən intensiv hava hücumları olub.

“Kiyevin hava məkanında düşmənin bütün raketləri və PUA-ları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Qalıqlar Kiyevin müəyyən ərazilərinə düşüb, lakin onlar insanların həyatına və sağlamlığına, həmçinin şəhərin binalarına ciddi ziyan vurmayıb”, – deyə məlumatda vurğulanıb. 

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir