Dünya

Özbəkistan MSK konstitusiya referendumunun nəticələrinə aydınlıq gətirib

Sharing is caring!


Özbəkistan Mərkəzi Seçki Komissiyası konstitusiyanın yeni redaksiyasının qəbulu üzrə referendumun nəticələrinə aydınlıq gətirib.

Yeni məlumatlara görə, seçicilərin 84,50%-i səsvermədə iştirak edib.

Bu barədə bazar ertəsi Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxocayev məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 16 milyon 667 min 97 nəfər səs verib.

Nizamxocayev onu da bildirib ki, etibarsız sayılan bülletenlərin sayı 73 672, yəni 0,44% təşkil edib.

Qanuna görə, MSK referendumdan sonra 10 gündən gec olmayaraq öz qərarını rəsmi internet saytında və rəsmi mənbələrdə dərc edəcək. Referendumda qəbul edilmiş qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir