Dünya

Həftəsonunun əsas oyunları: “Napoli” çempionluğunu erkən rəsmiləşdirə bilər – AFİŞA

Sharing is caring!


Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, XXXII turda İtaliya A Seriyasında çempion müəyyənləşə bilər. Lider “Napoli”nin ən yaxın izləyicisi “Latsio” sabah saat 17:00-da (Bütün saatlar Bakı vaxtı ilə göstərilib – red.) “İnter”in qonağı olacaq. Roma klubu Milanda qələbə qazana bilməsə, neapollular saat 17:00-da start götürəcək qarşılaşmada “Salernitana”nı məğlub etməklə vaxtından əvvəl çempion olacaqlar. Sona yeddi tur qalmış bu komandaları 17 xal ayırır.

A Seriyasında bu gün “Roma” “Milan”ı qəbul edəcək. Daha bir maraqla gözlənilən qarşılaşma sabah “Yuventus”la “Bolonya” arasında olacaq.

İspaniya La Liqasında “Real” (Madrid) və “Barselona” eyni gündə meydana çıxacaqlar. “Kral klubu” bu gün saat 20:30-da “Almeriya”nı qonaq edəcək. “Barselona” isə saat 23:00-da start götürəcək matçda “Betis”i sınağa çəkəcək. İkinci pillə uğrunda mübarizə aparan Madrid “Atletiko”su sabah “Valyadolid”in qonağı olacaq.

Fransa Liqa 1-də lider PSJ “Loryan”ın qonağı olacaq. Sabah keçiriləcək qarşılaşma saat 19:05-də start götürəcək.

Almaniya Bundesliqasında “Bavariya” “Borussiya”nın xal itkisindən yararlanmağa çalışacaq. Sabah saat 17:30-da “Herta”nı sınağa çəkəcək Tomas Tuxelin komandası qələbə qazanacağı təqdirdə liderliyi ələ keçirəcək.

Türkiyə Super Liqasında bu həftə İstanbul derbisi keçiriləcək. Sabah saat 20:00-da “Qalatasaray” və “Beşiktaş” ikincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Bu gün isə “Fənərbağça” “Sivasspor”un qonağı olacaq. Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” öz meydanında son çempion “Trabzonbspor”la qarşılaşacaq.

Həftəsonunun ən maraqlı oyunları

29 aprel

İtaliya A Seriyası

20:00. “Roma” – “Milan”

İspaniya La Liqası

20:30. “Real” (Madrid) – “Almeriya”

23:00. “Barselona” – “Betis”

Türkiyə Super Liqası

17:00. “Konyaspor” – “Trabzonspor”

20:00. “Sivasspor” – “Fənərbağça”

30 aprel

İngiltərə Premyer Liqası

17:00. “Fulhem” – “Mançester Siti”

17:00. “Mançester Yunayted” – “Aston Villa”

19:30. “Liverpul” – “Tottenhem”

Fransa Liqa 1

19:05. PSJ – “Loryan”

Almaniya Bundesliqası

17:30. “Bavariya” – “Herta”

İtaliya A Seriyası

14:30. “İnter” – “Latsio”

17:00. “Napoli” – “Salernitana”

22:45. “Bolonya” – “Yuventus”

İspaniya La Liqası

23:00. “Valyadolid” – “Atletiko”

Türkiyə Super Liqası

20:00. “Beşiktaş” – “Qalatasaray”

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir