Dünya

“Neftçi”nin futbolçusu üçün “Trabzonspor” iddiası

Sharing is caring!


“Neftçi”nin futbolçusu İvan Brkiçin karyerasını Türkiyədə davam etdirmək variantı yaranıb.

Xorvatiya mətbuatı futbolçu ilə bir neçə klubun maraqlandığını yazıb. Hətta onların arasında 5-ci liqa komandasının da olduğu bildirilir.

Qolkiperin “Neftçi”də xoşbəxt olduğu və müqaviləsini yeniləyəcəyi bildirilsə də, Nenad Byelitsanın Türkiyənin “Trabzonspor” klubuna baş məşqçi təyin olunmasının onun Qara dəniz təmsilçisinə yolunu aça biləcəyi qeyd olunub.

Brkiç 2022-ci ilin yanvarında Latviyanın “Riqa” klubundan “Neftçi”yə keçib. 27 yaşlı qolkiper bu mövsüm 30 oyunda 28 qol buraxıb.

Mənbə: vecernji.hr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir