Dünya

PSJ-nin təklifini “gülünc” adlandırıb rədd etdilər

Sharing is caring!


Paris bələdiyyəsi PSJ-nin “Park de Prins” stadionunu almaq üçün təklifini rədd edib.

Bu barədə bələdiyyə sədri Ann İdalqo məlumat verib. O, klubun təklifinin gülünc olduğunu deyib.

“Park de Prins”in satışı ilə bağlı müzakirələr zamanı PSJ 36 milyon avro təklif etdi. Bu, gülünc məbləğdir. Stadion mənə aid deyil, parislilərindir. Münasib qiymət təklif etmək lazımdır. Müzakirələri dayandırmışıq”, – deyə İdalqo bildirib.

PSJ ev oyunlarını sözügedən stadionda keçirir. Klub arenanı icarəyə götürüb.

Mənbə: “L’Equipe”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir