Dünya

Azərbaycanlı nümayəndə heyəti “ECOSOC #Youth2030” forumunda iştirak edir – FOTO

Sharing is caring!


NAYORA-nın sədri Azər Əliyev BMT-nin Baş qərargahı Nyu-York şəhərində keçirilən “ECOSOC #Youth2030” forumunda ölkəmizi təmsil edir.

300-dən çox gəncin iştirakı ilə 3 gün müddətində davam edəcək forumun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri Zirvəsi ərəfəsində dayanıqlı inkişaf məqsədlərinə irəliləyişi sürətləndirən və innovativ həlləri təşviq edən məsələləri müzakirə etməkdir. Məlumat üçün vurğulayaq ki, NAYORA 1998-ci ildən Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Məşvərətçi statusa malikdir.

25-27 aprel tarixlərini əhatə edəcək tədbir plenar iclaslar və regional əsaslı müzakirələri özündə cəmləşdirir.

Qeyd edək ki, Forum çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən onlayn müzakirə sessiyasında Azər Əliyev spiker qismində çıxış edərək NAYORA-nın fəaliyyəti, Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin təbliği, həyata keçirilən “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Naminə”, “Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihələri haqqında ümumi məlumatlar verib.

Həmçinin, Qoşulmama Hərəkatı ölkələrində COVID-19-un gənclərə təsiri, Qoşulmama Hərəkatı gənclərinin bərpa və davamlılıqda rolu kimi məsələlər də müzakirə olunub. Hər iki sessiya iştirakçıların ünvanladıqları sualların cavablandırılması, ümumi fikir mübadiləsi formatında davam edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir