Dünya

Astarada Basketbol üzrə beynəlxalq turnir keçiriləcək

Sharing is caring!


20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 3×3 qadın milli komandamızla yanaşı, artıq yarışda iştirak edəcək digər seçmə komandaların da adlarına aydınlıq gəlib. Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3×3 qadın yığma komandaları ilə yanaşı, Çinin “Yuanda” və yerli “Neftçi” klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, FIBA tərəfindən 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı klubların da iştirak etməsinə icazə verilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir