Dünya

Yunanıstanda yeni parlament seçkiləri keçiriləcək

Sharing is caring!


Yunanıstan prezidenti Katerina Sakellaropulou parlamentin buraxılması və yeni parlament seçkilərinin 21 may 2023-cü ildə keçirilməsi haqqında fərman imzalayıb.

Sənəd Hökumət Qəzetində dərc olunub.

Seçkilərin nəticələrinə görə seçiləcək parlamentin yeni tərkibi iyunun 1-də parlamentarilərin andiçmə mərasiminin keçirildiyi vaxt çağırılacaq. İyunun 2-də isə onların sədri seçiləcək.

Parlamentin buraxılması ilə bağlı prezidentin fərmanı ənənəvi olaraq binanın şərq giriş qapısındakı xüsusi lövhədə asılıb.

Qeyd edək ki, seçkilərin təşkilinə cavabdeh daxili işlər nazirinin səlahiyyətlərini icra edən Kalliopa Spanu olacaq.

Mənbə: life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir