Dünya

Azərbaycanda badminton üzrə Avropa çempionatı keçirilə bilər

Sharing is caring!


“Azərbaycanın Avropa çempionatı keçirmək üçün böyük potensialı var”.

“Report”un məlumatına görə, bunu Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçilən Sven Serre Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib.

Belçikalı funksioner bildirib ki, buradakı infrastruktur Avropada ən yaxşılardandır:

“Ölkəniz gələcəkdə qitənin bir sıra nüfuzlu turnirlərinə ev sahibliyi edə bilər”.

O, Azərbaycanın hazırda Avropada kiçik badminton ölkəsi kimi tanındığını, amma bu idman növünün inkişafda olduğunu vurğulayıb:

“Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla çox yaxşı danışıqlarımız oldu. Buradakı infrastrukturu, məşq mərkəzlərini mənə göstərdi. Hər şeyi yenidən qururlar. Badminton və parabadmintonda yaxşı idmançılarınız var. Azərbaycan Polşadakı III Avropa Oyunlarında təmsil olunacaq. Bu, ölkədə badmintonun inkişafı üçün çox vacibdir”.

Serrenin sözlərinə görə, quruma prezident seçilməsi irəliyə doğru böyük addımdır:

“Seçkilərə nəzər salsaq, üzvlər həqiqətən dəyişiklik, yenilik istəyirdi. Həm idmançılar, həm də üzvlərlə bağlı proqramı təqdim etdim. Avropa Badminton Konfederasiyası nəhəng qurumdur. Dünya səviyyəsinə baxsaq, xeyli sayda idmançımız var. Badminton dünyada olduqca populyardır. Tokio olimpiadası zamanı telekanallarda ən çox izlənilən idman növlərindən biri olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir