Dünya

Gələcəyin yeni cihazı nümayiş etdirildi: Mobil telefonları əvəz edəcək – FOTO/VİDEO

Sharing is caring!


Məşhur “Apple” şirkətinin keçmiş işçiləri inqilab ediblər.

Onlar “Humane” adlı yeni qadceti təqdim ediblər ki, bu qadcet yaxın illərdə mobil telefonların yerini alacaq.

Keçmiş “Apple” dizaynerləri və mühəndisləri İmran Çaudri və Betani Bonjorno TED 2023 sərgisində bununla bağlı konfrans keçiriblər. Onlar “Humane” smart portativ proyektorunun necə işlədiyini nümayiş etdiriblər.

“Humane” miniatür proyektordur və hər hansı bir geyimə yapışdırıla bilir. Proyektor dinamiklər, kamera, mikrofon, yaddaş modulu və süni intellekt çipi ilə təchiz edilib.

“Humane” smartfonu əvəz edə bilər. Proyektordan istifadə edərək şəkil çəkmək, mesaj göndərmək, zənglərə cavab vermək, poçt qutusuna gələn məktubları dinləmək, internet səhifələrini oxumaq, qeydlər aparmaq və təqvimə nəzər salmaq mümkündür. Bütün əməliyyatları isə səsli köməkçi yerinə yetirəcək, ondan sadəcə nəyisə etməsi istəniləcək. Məsələn, mağazada rəf qarşısında dayanmaqla hansısa məhsul haqqında daha çox məlumat əldə etmək mümkün olacaq. “Humane” məhsulu skanləyəcək və onun haqqında bütün məlumatları səsləndirəcək.

“Humane”nin funksiyaları praktiki olaraq qeyri-məhduddur. Qadceti yandırmaq üçün sadəcə barmağınızla ona iki dəfə toxunmağınız kifayətdir. “Humane” telefona qoşulmur. Bu, müstəqil cihazdır və bütün məlumatları buludda saxlayır.

“Humane” təsviri ovcunuza və ya digər predmetlərə proyeksiya edə bilər. Bu cihazı geyimə yapışdırmaq zəruri deyil, məsələn, onu cibdə saxlamaq və lazım olduqda çıxarmaq olar. Proyektor “Android” bazasında işləyir, hesablamalara isə “Qualcomm Snapdragon” çipi cavabdehdir (versiya göstərilməyib).

Həmçinin 180 dərəcəlik kamera, 3D sensor və dərinlik sensoru da var. “Humane”ni təkcə sözlərlə deyil, həm də ovuc içinin jestləri ilə idarə etmək mümkündür.

Mənbə: Hi-tech.mail.ru  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir