Dünya

Rusiya şəhərində güclü partlayış: Yolun ortasında nəhəng çala əmələ gəldi – VİDEO

Sharing is caring!


Rusiyanın Belqorod şəhərində partlayış baş verib. Nəticədə şəhərin küçələrindən birində 20 metrlik çala əmələ gəlib.

Zərbə dalğası avtomobili yaxınlıqdakı mağazanın damına atıb.

Belqorod qubernatoru Vyaçeslav Qladkov hadisəni təsdiqləyib.

“Mərkəzi küçələrdən birinin kəsişməsində 20 metr radiuslu nəhəng çala əmələ gəlib. Partlayış dalğası nəticəsində qonşu yaşayış binasının şüşələri, elektrik xətləri və park edilmiş bir neçə avtomobil zədələnib”, – o bildirib.

Bir müddət sonra hadisənin səbəbini Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Məlum olub ki, Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsinin Belqorod üzərində uçuşu zamanı qırıcıdakı aviasiya sursatının təsadüfi atışı baş verib.

İlkin məlumata görə, insan tələfatı qeydə alınmayıb.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir