Dünya

“Avroviziya” təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar – FOTO

Sharing is caring!


Azərbaycanı bu il “Avroviziya” mahnı müsabiqəsində təmsil edən TuralTuranX (Tural və Turan Bağmanovlar) Avropa səhnələrinə çıxıblar.

“Report” xəbər verir ki, gənclər Amsterdam və London şəhərində yüzlərlə “Avroviziya” həvəskarları qarşısında çıxış ediblər.

Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur.

Tural və Turan üçün bu, birinci çıxış deyil – onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər.

Qeyd edək ki, ifaçılar bu tədbirlər çərçivəsində mətbuat konfranslarında, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir