Dünya

Salahdan rekord, “Liverpul” “Lids”i darmadağın etdi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XXXI tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Liverpul” “Lids”in qonağı olub. Mersisayd klubu səfər matçında darmadağınla qələbə qazanıb – 6:1. Kodi Qakponun hesabı açdığı qarşılaşmada “qırmızılar”ın heyətində Məhəmməd Salah və Dioqu Jota dubl ediblər. Oyunda son nöqtədi Darvin Nunyes qoyub. Luis Sinisterra isə “Lids”in yeganə qoluna imza atıb.

Salah dublla Premyer Liqa tarixində sol ayaqla ən çox fərqlənən oyunçu olub. 106 dəfə sol ayaqla qol vuran misirli oyunçu Robbi Fauleri (105) geridə qoyub.

“Liverpul” hazırda 47 xalla 8-cidir. “Lids” 29 xalla 16-cı pillədə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir