Dünya

Entoni Hopkins Ziqmund Freyd obrazında göründü – FOTO

Sharing is caring!


85 yaşlı aktyor və rejissor Entoni Hopkins psixoanalizin banisi Ziqmund Freydin obrazında “Freydin son iclası” psixoloji trillerinin çəkiliş meydançasında görüntülənib.

Fotolar Freydlə yazıçı Klayv Lyuis arasındakı münasibətdən bəhs edən filmin final səhnələrinin çəkilişləri zamanı qeydə alınıb. Hopkinsin filmdəki tərəf müqabili britaniyalı aktyor Metyu Quddur.

Filmdəki hadisələr II Dünya Müharibəsi ərəfəsində, Freydin həyatının son illərində cərəyan edir.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir