Dünya

Ovik Ağazaryan: “Təəssüf ki, vəhşi, adamyeyən qəbilələrə məxsus təzahürləri yox etməyə gücüm çatmadı”

Sharing is caring!


Ermənistanın hakim “Vətəndaş Sazişi” partiyasının üzvü, deputat Ovik Ağazaryan İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq ictimaiyyətdən üzr istəyib.

“Təəssüf ki, bir deputat və vətəndaş kimi millətimin düşüncəsindən vəhşi, adamyeyən qəbilələrə məxsus təzahürləri tamamilə yox etmək üçün əlimdən gələni edə bilmədim”, – erməni “Telegram” kanalları Ağazaryanın sözlərini sitat gətirib.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir