Dünya

Floridaya min ildə bir dəfə görünən leysan yağdı – VİDEO

Sharing is caring!


ABŞ-nin Florida ştatına görünməmiş leysan yağıb.

Leysan Floridanın cənubunda daşqınlara səbəb olub.

“Gündəlik yağıntının belə göstəricisi Florida ştatı üçün son dərəcə nadirdir. Bu, min ildə bir dəfə olur. Bəlkə də, daha nadir”, – meteoroloq Anna Torres-Vaskes vəziyyəti şərh edərkən bildirib.

Leysan nəticəsində Fort Lauderdeyl şəhərində evləri su basıb, yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Floridanın cənubundakı hava limanları uçuşları dayandırıb. Dövlət meteoroloji xidməti sakinlərə daşqınla bağlı xəbərdarlıq edib, onları səyahət etməməyə və hündür yerə sığınmağa çağırıb.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Cümə axşamı yağıntının zəifləməsinə baxmayaraq, davam edəcəyi gözlənilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir