Dünya

Türkiyə və Misir liderlərinin görüşünə hazırlıqlar başlayıb

Sharing is caring!


Türkiyə və Misirin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sameh Şükri iki ölkə liderlərinin görüşünün perspektivlərini müzakirə edib və bu cür danışıqların hazırlığına başlayıblar.

Bu barədə Çavuşoğlu cümə axşamı Ankaraya rəsmi səfərə gələn Şükri ilə keçirdiyi mətbuat konfransında bildirib. Tədbir türkiyəli nazirin “Twitter” səhifəsində yayımlanıb.

“Ölkələrimiz arasında münasibətlərin canlanması prosesi başlayıb, diplomatik sahədə işlər gedir, konkret addımlar atılır. Liderlər səviyyəsində növbəti danışıqlar nəzərdə tutulur. Biz planları müzakirə etməyə, belə bir görüşü hazırlamağa başlamışıq”, – Çavuşoğlu bildirib.

Səfirlərin qarşılıqlı təyinatı perspektivlərinə gəlincə, Çavuşoğlu bu mövzunun müzakirə edildiyini və “diplomatik nümayəndəliklərin səviyyəsinin yüksəldilməsi istiqamətində addımlar atıldığını” bildirib.

“Tezliklə biz ümumi açıqlama verməklə bu mövzuda sizi məlumatlandıracağıq”, – türkiyəli nazir bəyan edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir