Dünya

Tramp: “Putinə dedim ki, mən prezident olduğum müddətdə bu olmayacaq” – VİDEO

Sharing is caring!


ABŞ-nin keçmiş Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini ağıllı adam adlandırıb və onun sözlərində Ukrayna sevgisini gördüyünü deyib.

Bu barədə o, “Fox News”a müsahibəsində danışıb.

Sabiq Ağ Ev rəhbərinin sözlərinə görə, onlar Rusiya prezidenti ilə telefon danışıqları zamanı tez-tez Ukrayna məsələsini müzakirə ediblər.

“Mən gördüm ki, o, (Ukraynanı) sevir və onu Rusiyanın bir hissəsi hesab edir. Ona dedim ki, mən prezident olduğum müddətdə bu olmayacaq. Bizim çox yaxşı münasibətimiz var idi”, – deyə Tramp vurğulayıb.

Donald Tramp, həmçinin “Şimal axını”nda baş verən partlayışları şərh edib:

“Ölkəmizə problem yaratmaq istəmirəm, ona görə də cavab verməyəcəyəm… Bunu kimin etmədiyini deyə bilərəm – Rusiya”, – deyə o qeyd edib.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir