Dünya

ABŞ konqresmenləri Vaşinqtona çağırış etdilər

Sharing is caring!


ABŞ-nin Respublikaçı Partiyasından olan konqresmenlər Den Krenşou və Mayk Vals Vaşinqtonu Meksikada xüsusi hərbi əməliyyat keçirməyə çağırıblar.

Vaşinqtondan Meksikadakı narkokartellər ilə mübarizə üzrə əməliyyat keçirilməsi istənilib.

ABŞ parlamentariləri narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi ilə qonşu dövlətdə hərbi güc tətbiq etməyə icazə verən müvafiq qanun layihəsi təklif ediblər. Qanunvericilərin sözlərinə görə, Meksika kartellərinə yanaşma İŞİD ilə eyni dərəcədə olmalıdır.

Öz növbəsində ABŞ Prezidenti Co Bayden, əksər demokratlar kimi, Meksikada hərbi güc tətbiq edilməsi və narkokartellərin terror təşkilatları kimi tanınması ideyasını qəbul etməyib.

Qeyd olunur ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də Meksikaya qoşun yeridilməsinin əleyhinə çıxıb. O vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə hərbçilər deyil, hüquq-mühafizə orqanları mübarizə aparmalıdırlar.

Mənbə: “Politico”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir