Dünya

Beş qol vuruldu, “Real Madrid” məğlub oldu – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Real Madrid” öz meydanında “Vilyarreal”la qarşılaşıb. Beş qolun vurulduğu matçda qələbəni qonaqlar qazanıb.

Madrid klubu iki dəfə – Pau Torresin avtoqolu və Vinisius Juniorun qolu ilə önə keçsə də, Samuel Çukvuezenin dublu və Xose Luis Moralesin qolu ilə məğlub olub.

Bu yenilgidən sonra 59 xalda qalan “Real Madrid” ikinci pillədədir və lider “Barselona”dan 12 xal ger qalır. Komanda üçüncü “Atletiko”nu beş xal üstələyir. Həm “Barselona”, həm də “Atletiko” bir oyun az keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir