Dünya

Ermənistandan “Zvartnots” hava limanı ilə bağlı Rusiyaya açıq mesaj

Sharing is caring!


“Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” beynəlxalq hava limanında mövcudluğu hakim Vətəndaş Sazişi Partiyasının gündəmindədir”.

Bu açıqlama ilə Ermənistan parlamentinin “Vətəndaş Sazişi” fraksiyasının katibi Artur Ovanisyan çıxış edib.

“Cəmiyyətin əksəriyyəti kimi, biz də bu məsələdən narahatıq”, – deyə Artur Ovanisyan vurğulayıb.

O əlavə edib ki, hazırda Rusiya sərhədçilərinin hava limanındakı xidməti fəaliyyəti ətrafında müzakirələr aparılır, nəticəsi barədə səlahiyyətlilər vətəndaşları məlumatlandırırlar. 

Məlumat üçün əlavə edək ki, İrəvanın “Zvartnots” beynəlxalq hava limanı Rusiya sərhədçiləri tərəfindən mühafizə edilir.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir