Dünya

Messi Ronaldunu geridə qoydu, PSJ qələbə qazandı – VİDEO

Sharing is caring!


Fransa Liqa 1-də XXX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider PSJ “Nitsa”nın qonağı olub və 2:0 hesablı qələbə qazanıb. Paris təmsilçisinin qollarını Lionel Messi və Serxio Ramos vurublar.

Matçda hesabı açan Messi Avropanın böyük beşlik liqalarında qollarının sayını 702-yə çatdırıb. Bununla o, Kriştianu Ronaldunu geridə qoyub. Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı 701 dəfə fərqlənib. Messi bu saya Ronaldudan 105 oyun az keçirməklə çatıb.

Paytaxt təmsilçisi 69 xalla vahid liderdir və ən yaxın izləyicisi “Lans”ı 6 xal üstələyir. “Nitsa” isə 45 xalla 8-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir