Dünya

ABŞ-də İran kəşfiyyatına işləyən qadın həbs edildi – FOTO

Sharing is caring!


Nyu-York Federal Məhkəməsi İran əsilli ABŞ vətəndaşı Niləfər Bahadorifərini 4 il azadlıqdan məhrum edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranlı qadın ABŞ-nin İrana qarşı sanksiyalarını pozmaqda və ABŞ-də yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı göstərməkdə ittiham olunub.

Məhkəmənin hakimi çıxarılan hökmün ABŞ-də vətəndaşlara qarşı təxribat xarakterli hərəkətlər etmək niyyətində olanların hamısına mesaj olduğunu deyib.

Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir.  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir