Dünya

İngiltərə Premyer Liqasına ilk vəsiqənin sahibi məlum oldu

Sharing is caring!


Növbəti mövsüm İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanmış ilk Çempionşip komandası məlum olub.

Oxu.Az xəbər verir ki, “Bernli” 40-cı tur oyununda səfərdə “Midlsbro”ya qalib gəlməklə (2:1) sona altı tur qalmış ilk iki yerdən birini təmin edib. 39 oyunda 76 xal toplamış Vensan Kompaninin komandası 3-cü pillədəki “Luton”u 19 xal üstələyir. “Bernli”nin ehtiyatda bir matçı da var.

Sözügedən klub 2021/22 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq elita ilə vidalaşmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir