Dünya

Litva XİN: “Ukraynanın Aİ və NATO-ya qoşulmasını sona qədər dəstəkləyəcəyik”

Sharing is caring!


Litva Ukraynanın Aİ və NATO kimi transatlantik strukturlara qoşulmasının vacibliyini vurğulamaqda davam edəcək.

Bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bəyan edib.

Litva Seyminin Şimali Atlantika Alyansına qoşulmaq üçün Ukraynaya rəsmi dəvət də daxil olmaqla qətnamənin qəbulu barədə qərarını şərh edən nazir qeyd edib ki, Ukrayna ilə onun bu strukturlara qoşulmasının konkret yolu barədə danışmaq lazımdır.

“Ukraynanın yeri transatlantik strukturlarda, yəni NATO və Aİ-dədir. Belə bir vaxt gələnə, yaxud biz konsensus tapana qədər Litva Ukraynanın bu baxımdan həm Aİ, həm də NATO-ya üzvlüyünü dəstəkləyəcək”, – deyə Landsbergis bildirib.

Mənbə: RBK-Ukraina

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir