Dünya

Çavuşoğlu: “Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanırıq”

Sharing is caring!


“Biz bu gün Lavrovla “Taxıl dəhlizi”ni də müzakirə etdik. Razılaşma – danışıqların nəticə verdiyini göstərir”.

Bu barədə Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə bu, təkcə Ukrayna və Rusiyanın taxıl və gübrə ixracı üçün vacib deyil.

“Qlobal ərzaq böhranı dünyada hər bir ailənin yaşadığı problemin azaldılması baxımından əhəmiyyətlidir”, – deyə o vurğulayıb.

Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inandığını vurğulayıb.

Türkiyə XİN rəhbəri həmçinin Kahramanmaraşdakı zəlzələlərdən sonra Rusiyaya göstərdiyi yardıma görə təşəkkür edib.

Lavrov isə çıxışında Türkiyədəki zəlzələ bölgəsinə yardım göstərməyə davam edəcəklərini bildirib.

“Bizdə də türklərdəki kimi “qara gün dostu” ifadəsi var. Bacardıqca kömək etməyə çalışırıq. Müəssisə və təşkilatlar konkret araşdırmalar aparırlar. Bir daha türk xalqına dərin hüznlə başsağlığı verirəm”, – deyə o bildirib.

Rusiya XİN rəhbəri iki ölkə liderləri arasında səmimi dialoqun olduğunu vurğulayıb.

“Onlar ötən il dörd dəfə üz-üzə görüşüblər. Bu, bizim işimizin dinamikasını müəyyən edir”, – deyə o bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir