Dünya

Ceyhun Bayramov: “Azərbaycan daim UNESCO-nun missiyasını dəstəkləyib”

Sharing is caring!


“Bugünkü tədbir ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin müzakirəsi baxımdan mühüm əhəmiyyət kəsb edir”.

APA xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan daim UNESCO-nun missiyasını dəstəkləyib. UNESCO üzrə ölkəmizin milli komissiyası bütün tədqiqat işlərində müştərək formada çalışıb. Azərbaycan dünyada mədəniyyətlərarası birlik baxımından çox əhəmiyyətli yerə malikdir. Ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr baxımından daimi əməkdaşlıq edir”, – deyə nazir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir