Dünya

Ukrayna Krımın statusu ilə bağlı danışıqlara hazır olduğunu dedi: Əsas şərt açıqlandı

Sharing is caring!


“Danışıqlara başlamaq üçün Ukrayna Silahlı Qüvvələri yarımadanın sərhədlərinə çatmalıdırlar. Bununla belə Krımın hərbi yolla azad edilməsi variantı da istisna edilmir”.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbər müavini Andrey Sibiqa “Financial Times” qəzetinə şərhində bildirib.  

“Əgər biz döyüş meydanında strateji məqsədlərimizə nail ola bilsək və Krımla inzibati sərhədə çata bilsək, bu məsələnin müzakirəsi üçün diplomatik səhifə açmağa hazırıq”, – deyə Sibiqa qeyd edib.

Jurnalistlərin fikrincə, Sibiqanın sözləri Ukraynanın Rusiya ilə müharibədə qələbəsinə şübhə edən və nüvə eskalasiyasından qorxan Qərb rəsmilərinin inamının artmasına kömək edə bilər.

Sibiqa, həmçinin söhbətin konkret olaraq Krım yarımadasından getdiyini də qeyd edib.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir