Dünya

“Oskar”a layiq görülmüş bəstəkar vəfat etdi

Sharing is caring!


Yapon bəstəkarı Ryuiti Sakamoto 71 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Hələ 2022-ci ilin iyununda mətbuatda bəstəkara qorxunc diaqnoz qoyulduğu barədə xəbərlər yayılmışdı. Xərçəng hər iki ağciyərə metastaz vermişdi.

Sakamoto 1980-ci illərdə Bernardo Bertoluççinin “Sonuncu imperator” filminin bəstəkarı kimi şöhrət qazanıb. 1988-ci ildə Sakamoto bu ekran əsərinə görə Ən Yaxşı Orijinal Saundtrek nominasiyasında “Oskar” qazanan ilk yaponiyalı olub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir